Mərakeşdə dəhşətli yol qəzası - 4 ölü, 42 yaralı

merakesde-dehsetli-yol-qezasi
Oxunma sayı: 914

Mərakeşdə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Hadisə Tanate şəhəri yaxınlığında qeydə alınıb. Sərnişin avtobusunun aşması nəticəsində azı 4 nəfər ölüb, 42 nəfər ağır xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

İnsidentdən sonra avtobus sürücüsünün gizləndiyi bildirilir. Onun axtarışları polis əməkdaşları tərəfindən davam etdirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.