Mərakeşdə koronavirusa ilk yoluxma faktı

merakesde-koronavirusa-ilk-yoluxma-fakti
Oxunma sayı: 945

Mərakeşdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “2M” telekanalı Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Virus İtaliyada yaşayan və bir müddət əvvəl vətənə qayıdan Mərakeş vətəndaşında aşkarlanıb. Yoluxma faktını Mərakeşin Paster İnstitutu təsdiqləyib.

Pasiyentin vəziyyəti stabildir.