Mərakeşdə onlarla insan sel axınlarının qurbanı olub

merakesde-onlarla-insan-sel-axinlarinin-qurbani-olub
Oxunma sayı: 840

Mərakeşin şimalında iki gündür yağan leysan yağışları 24 nəfərin ölümünə səbəb olub. “Qafqazinfo” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Yağış sellərin yaranmasına səbəb olub, nəticədə qanunsuz fəaliyyət göstərən müəssisənin onlarla əməkdaşı həlak olub.

Müəssisənin ərazisində axtarış-xilasetmə işləri davam etdirilir, 10 nəfər xilas edilib.

Onları yaxınlıqdakı hospitallara aparıblar, cinayət işi açılıb.

Sinoptiklər bildirirlər ki, yağışlar bir həftə davam edəcək.