Mərakeşdə yanğınlar davam edir - Əhali təxliyə edildi

merakesde-yanginlar-davam-edir
Oxunma sayı: 1767

Mərakeşin şimalında 3 gündür davam edən, 1000 hektardan çox meşə sahəsinə ziyan vuran və evlərə sıçrayan yanğınlar səbəbindən 15 kənddə 1100 ailə təxliyə edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün səhər saatlarından etibarən Araiş şəhərinin Mebika meşəsində baş verən yanğın nəzarət altına alınıb”, - deyə açıqlamda bildirilib.

Əksəriyyəti Laras və Uvzanda olan 1000 hektardan çox meşə sahəsinin zərər gördüyü vurğulanıb.