Mərakeş millisinin azarkeşləri Fransa yığmasının fubolçularını ötən gecə yatmağa qoymayıb.
“Qafqazinfo” xəbər verir ki, Bostonda komandanın qaldığı hotelin qarşısına toplaşan yüzlərlə Mərakeş azarkeşi gecə saatlarında fişənglər buraxıb, avtomobil siqnalları səsləndirib və nağara çalaraq futbolçuların istirahətinə maneə olmağa çalışıb. Onlar gecə boyu bunu təkrarlayıblar.
Daha sonra fransızların təhlükəsizlik xidməti onları ərazidən uzaqlaşdıra biliblər.
Qeyd edək ki, Fransa və Mərakeş yığmaları bu gecə Bakı vaxtı ilə 00:00-da dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcəklər.
Son xəbərlər
Son Xəbərlər