Mərakeşlilər Belçikada qələbəni maşınları yandıraraq qeyd etdilər - Fotolar

Mərakeşlilər Belçikada qələbəni maşınları yandıraraq qeyd etdilər
Oxunma sayı: 5480

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Mərakeş Belçikanı 2:0 hesabı ilə məğlub etdikdən sonra Belçikanın paytaxtı Brüsseldə küçələr qarışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeş tərəfdarları olduğu düşünülən bir qrup tarixi Grand Place yaxınlığından keçən bəzi avtomobillərə hücum edib.

Belə ki, tərs çevrilən avtomobil elektrik xətlərini yandırıb.

Hadisələr zamanı çoxlu sayda avtomobil və mağazaya ziyan dəyib.

Polisə hücum zamanı bir jurnalistə zərbə dəyib və o, yaralanıb. Jurnalistin səhhəti ilə bağlı məlumat verilməyib.