Meray Keri də Bakıya gəlir

meray-keri-de-bakiya-gelir
Oxunma sayı: 1698

Dünya ulduz Meray Keri Bakıya gəlir. “Qafqazinfo” xəbər verir ki, ifaçının gəlişinin məqsədi şəhərimizdə baş tutacaq “Formula 1” oyunları çərçivəsində keçiriləcək konsertdə iştirak etməkdir.

 Meray Keri oyunların sonuncu günündə -  iyunun 25-də baş tutacaq konsertdə səhnəyə çıxacaq.

Qeyd edək ki, “Formula1” oyunları bu il iyunun 23-dən 25-nə kimi keçiriləcək. Yarışın ilk günü türkiyəli müğənni Tarkan səhnəyə çıxacaq. Digər günlərdə Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu konsert verəcək.