“Mercedes” 54 yaşlı kişini vurub öldürdü

mercedes-54-yasli-kisini-vurub-oldurdu
Oxunma sayı: 932

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, insident dünən gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.

Rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Hicran Paşa oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı minik avtomobili onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli