“Mercedes” ağaca çırpıldı

mercedes-agaca-cirpildi
Oxunma sayı: 1083

Sabunçu rayonunda qəza hadisəsi baş verib.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.