Mercedes aşdı - 1 nəfər öldü + Yenilənib

Mercedes aşdı
Oxunma sayı: 2083

Bakı Şamaxı Yevlax yolunun, Müşviq qəsəbəsindən keçən hissəsində qəza baş verib. 

"Qafqazinfo" xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən minik avtomobili yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb.Qəza nəticəsində ölən və yaralananlar var. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən və ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şamaxı Yevlax yolunda ölən sərnişinin kimliyi bəlli olub. Belə ki,qəza zamanı avtomobildə sərnişin qismində olan 39 yaşlı Ağsu rayonunun Kəndoba kənd sakini Talıbov Samir Durduxan oğlu zərbənin təsirindən maşından çıxaraq asvaltın ortasına düşdüyündən hadisə yerində ölüb.

Rəşad Türkoğlu


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi