“Mercedes” at arabasını vurdu, yaralılar var

mercedes-at-arabasini-vurdu-yaralilar-var
Oxunma sayı: 2409

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Qax-Zaqatala yolunun Qapıçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Zaqatala sakininin idarə etdiyi "Mercedes Vita" markalı avtomobil Zaqatala istiqamətində hərəkətdə olarkən at arabası ilə toqquşub. Toqquşma nəticəsində at ölüb, arabada olan iki nəfər: Qapıçay kənd sakinləri – 2006-cı il təvəllüdlü Babayev Xəlil Ramiz oğlu və 2005-ci il təvəllüdlü Babayev Arif Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov