“Mercedes-Benz” bu maşınları geri çağırır

mercedes-benz-bu-masinlari-geri-cagirir
Oxunma sayı: 1667

“Mercedes-Benz” Çin bazarına ixrac edilən 16 min 301 avtomobili geri çağırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna avtomobillərin əyləc sistemindəki aşkarlanan problemlə səbəb olub.

Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına əsasən, geri çağırılan avtomobillər 2012-ci ilin fevralından 2013-cü ilin aprelinədək istehsal olunan A, B və CLA sinfindən nəqliyyat vasitələridir.

Problemli hissələr istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.