“Mercedes” beton maneəyə çırpıldı - Xəsarət alan var + Foto

mercedes-beton-maneeye-cirpildi
Oxunma sayı: 1267

Bakının Sabunçu rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Böyük Şor şossesində qeydə alınıb.

Heydər Əliyev prospektindən hava limanı istiqamətində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik maşını Sabunçu dairəsi yaxınlığında yeni yol qovşağının tikintisi ilə əlaqədar düzülmüş beton maneələrə çırpılıb. Sürücünün maneələri vaxtında görə bilməməsi səbəbindən avtomobil ciddi deformasiyaya uğrayıb, xəsarət alan sürücü isı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Avtoqəzanın təfərrüatlarını Sabunçu polisi araşdırır.