Ucarda minik avtomobili divara dəyərək aşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin mərkəzi küçəsində, dəmiryol keçidinin yaxınlığında baş verib. Rayon sakini İlqar Məmmədov “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil hasara dəyərək aşıb. Qəza zamanı ağır xəsarət alan sürücü Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu

Son xəbərlər
Son Xəbərlər