“Mercedes” iki piyadanı vurdu

mercedes-iki-piyadani-vurdu
Oxunma sayı: 1678

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun A.Salamzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Kamil Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sədaqət Tağıyevanı və Lənkəran rayon sakini Hikmət Babayevi vurub.

Xəstəxanaya yerləşdirilmiş hər iki piyada orada ölüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.