“Mercedes” kombaynla toqquşdu, ölənlər var - Biri polisdir

mercedes-kombaynla-toqqusdu-olenler-var
Oxunma sayı: 9094

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin kombaynla toqquşması nəticəsində minik maşınının sürücüsü - 23 yaşlı Çağırqanov Elnur və sərnişini 22 yaşlı Ləman Süleymanzadə hadisə yerində ölüblər. Məlumata görə, hadisə zamanı ölən sürücü Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli

Foto: Apa