“Qafqazinfo” xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi bu görüntülər Bakının Səbail rayonu ərazisində - Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində çəkilib. Neftçilər prospektində yüksək sürətlə hərəkət edən “Mersdes” markalı minik avtomobili Rəşid Behbudov küçəsinə dönərkən sükanı yığışdıra bilmir və qəza törədir. Qəza nəticəsində daha 3 avtomobil əzilir. Qəzanı törədən “Mersedes” isə səkiyə çıxaraq “Park İNN” otelinin divarına çırpılır.
DİN-in “Təhlükəsiz şəhər” kameralıran vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edirik.
Son xəbərlər
Son Xəbərlər