“Mercedes” “Qazel”lə toqquşub yandı- - 2 ölü

mercedes-qazelle-toqqusub-yandi-
Oxunma sayı: 974


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 254-ci kilometrliyində, Ucar rayonu ərazisində vətəndaşa məxsus “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı yanacaq daşıyan avtomobil toqquşub. “Qafqazinfo” xəbər verir ki, nəticədə “Mercedes” markalı avtomobilin aftoçənində olan yanacaq yerə dağılıb və hər iki avtomobilin yanar hissələri yanıb. Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə sakinlər tərəfindən xəstəxanaya aparılıb. “Qazel” markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Quliyev Zabir Səməd oğlunun meyiti və avtomobildə olan şəxsiyyətləri məlum olmayan sərnişinlərdən 1 nəfərin meyiti və digər 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.