“Mercedes” qəza törətdi- - Sürücü öldü

mercedes-qeza-toretdi-
Oxunma sayı: 1355


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki,  rayonun Ağalıq kəndində (rayon mərkəzindən 18 km aralı) 1987-ci il təvəllüdlü Osmanov Elsevər Bəyməmməd oğluna məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirib, nəticədə yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Osmanovun cəsədini çıxarıb  və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 20:10-da başa çatıb.