“Mercedes” “ Shacman”la toquşdu

mercedes-shacmanla-toqusdu
Oxunma sayı: 849

Cəlilabad rayonu Ələt-Astara şosesinin 146-cı kilometrliyində "Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Qafqazinfo”FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 01:00-da başa çatıb.