“Mercedes” TIR-ın altına girdi - Video

mercedes-tir-in-altina-girdi
Oxunma sayı: 2680

Ələt-Asara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, yağışlı hava şəraitində manevr edən “Mercedes E Class” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə ötmə əməliyyatı edən avtomobil sağ tərəfdə hərəkətdə olan ağırtonnajlı yük maşını TIR-a çırpılıb. Avtomobilin sağ tərəfi yük maşınının alt hissəsinə toxunub və yarıaşmış vəziyyətdə qalıb.

Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.