“Mercedes” və “VAZ” toqquşdu

mercedes-ve-vaz-toqqusdu
Oxunma sayı: 1243

Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “VAZ” markalı minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.