“Mercedes” yoldan çıxıb beton plitələrə çırpıldı, xəsarət alanlar var - Fotolar

mercedes-yoldan-cixib-beton-plitelere-cirpildi-xesaret-alanlar-var
Oxunma sayı: 1795

Bakıda “Mercedes” yoldan çıxaraq ağır qəza törədib.

"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Ekologiya postu yaxınlığında yoldan çıxan “Mercedes” markalı minik avtomobili beton plitələrə çırpılıb.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.