“Mercedes”də dəhşət yaşadı və öldü - - Yenilənib

mercedesde-dehset-yasadi-ve-oldu-
Oxunma sayı: 2260


“Qafqazinfo” xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılıb Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 19:40-da başa çatıb.

***

APA-nın yaydığı xəbərə görə, sürücü Zaqatala rayonu Aşağı tala kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Cavid oğlu Babayev olub. Hadisə onun özünə məxsus olmayan “Mercedes” markalı, 62 BF 204 dövlət nişan nömrə nişanlı avtomobillə Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində baş verib.

Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.