“Mercedes”i aşırdı, sərnişini öldü

mercedesi-asirdi-sernisini-oldu
Oxunma sayı: 1263

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 23-də saat 18 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini V.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Azadə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.