“Mercedes”lə “06” toqquşdu, ölən var

mercedesle-06-toqqusdu-olen-var
Oxunma sayı: 1180

İyulun 30-da saat 12 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini X.Həsənovun idarə etdiyi “Mercedes” və Daşkəsən rayon sakini Ə.Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

“Qafqazinfo” xəbər verir ki, nəticədə Ə.Əliyevin sərnişini, Gəncə şəhər sakini Nazim İsmayılov xəstəxanaya yerləşdirilib və iyulun 31-də orada ölüb.

Araşdırma aparılır.