“Mercedes”lə 4 heyvanı vurub öldürdü

mercedesle-4-heyvani-vurub-oldurdu
Oxunma sayı: 902

Bərdədə iri buynuzlu heyvanların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yola çıxan dörd camışı vurub. Heyvanlar hadisə zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli