“Mercedes”lə 50 yaşlı kişini vurdu- - Piyada öldü

mercedesle-50-yasli-kisini-vurdu-
Oxunma sayı: 1290


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Qəhrəmanov Azad Cavad oğlu idarə etdiyi 99 XG 589 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla Siyəzən rayon sakini, 1965-ci il təvəllüdlü Binnətov Akif Xanverdi oğlunu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.