Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, yanvarın 5-də saat 14 radələrində qəsəbə ərazisində Bakı şəhər sakinləri Elşən Hacıyevin idarə etdiyi “Mercedes” və Kənan İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə E.Hacıyev hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər