“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, ağır yol-nəqliyyat qəzası nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan sərnişini çıxarıb, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verib. Əməliyyat saat 23:13-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər