“Mercedes”lə “Nissan” toqquşdu, sürücü öldü

mercedesle-nissan-toqqusdu-surucu-oldu
Oxunma sayı: 2861

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 13-də saat 12 radələrində qeydə alınıb. 

Şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “Mercedes” və R.Abdullayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Abdullayev martın 14-də orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.