“Mercedes”lə piyadanı vurub öldürdü

mercedesle-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1308

Sumqayıt şəhərinin Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 7-də saat 20 radələrində qeydə alınıb. 

Şəhər sakini Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yavər Əmiraslanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.