“Mercedes”lə toqquşan “VAZ”ın sürücüsü öldü

mercedesle-toqqusan-vazin-surucusu-oldu
Oxunma sayı: 755


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 14-də saat 08 radələrində qeydə alınıb.

Rayon sakinləri Teymur Həsənovun idarə etdiyi “Mercedes” və Ağaisa İsmayılovun idarə etdiyi “VAZ-21043” markalı avtomobillər toqquşub.

A.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır. 

Murad Əhməd