“Mercedes”lə vurulan qadın öldü

mercedesle-vurulan-qadin-oldu
Oxunma sayı: 1033

Xətai rayonunun R.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 24-də saat 19 radələrində qeydə alınıb. 

Ağsu rayon sakini V.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini Solmaz Rəsulovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 25-də orada ölüb.