Mərdəkan-Qala yolunda işlər yekunlaşdı - Foto

merdekan-qala-yolunda-isler-yekunlasdi
Oxunma sayı: 1295

55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyat borular atılıb. 

Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədəd işıq dirəyi quraşdırılıb, 1200 kv.m sahədə yol ayrıcı və yol birləşmələri təmir edilib. 

Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 15 km uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.