Mərdəkan yolunda yanğın, sürət həddi endirildi - Foto

merdekan-yolunda-yangin-suret-heddi-endirildi
Oxunma sayı: 3159

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, yaranan tüstü səbəbindən yolda görüntü məhdudlaşıb: “Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib”.