Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7500 manat dəyərində maddi ziyan vurulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 23-də saat 1 radələrində qeydə alınıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər