4 ədəd televizoru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V. Əliyev saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş V. Əliyev saxlanılıb.
Fatkla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər