Merə qarşı cinayət işi - Sevgilisinin atasına vəzifə verib

mere-qarsi-cinayet-isi
Oxunma sayı: 1205

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım Respublikası və Sevastopol şəhəri üzrə İstintaq Şöbəsi Evpatoriya şəhərinin meri Andrey Filonova qarşı cinayət işi açıb.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 45 yaşlı mer səlahiyyətindən sui-istifadədə təqsirləndirilir. 

Yerli KİV-in məlumatına görə, prokurorluq Filonovun vətəndaş nikahında yaşadığı sevgilisi İrina Makarevitsin atasını bələdiyyə qurumlarından birinin rəhbəri təyin edilməsi ilə bağlı qərarından sonra məhkəməyə müraciət edib.

Hazırda siyasətçinin evi və iş yerində axtarışlar aparılır.

Qeyd edək ki, A. Filonov 2014-cü ilin noyabrından Evpatoriya şəhərinin meri vəzifəsini icra edir.