“Mərhələni adlayaq, sonra rəqibi təhlil edərik”

merheleni-adlayaq-sonra-reqibi-tehlil-ederik
Oxunma sayı: 1039

Avropa Liqasının 1-ci mərhələsinin cavab qarşılaşması çərçivəsində cümə axşamı baş tutacaq "Neftçi" - Baltsan oyunu öncəsi təmsilçimizin baş məşqçisi Vəli Qasımov mətbuat konfransı keçirib.

”Qafqazinfo” xəbər verir ki, çalışdırıcı ilə yanaşı, komandanın yarımmüdafiəçisi Rəhman Hacıyev də tədbirdə iştirak edib. Futbolçu oyunla bağlı bunları söylədi: "Ötən mövsümlə müqayisə aparmaq istəməzdim. İnanıram ki, səfərdəki nəticənin ardını Bakıda da gətirə biləcəyik".

Daha sonra isə Qasımov söz aldı.

- İlk oyunda uğurlu nəticə əldə etsək də, məşqlərimizə ara verməmişik. Tam məsuliyyətlə hazırlıqlarımızı davam etdiririk.

- Nə əcəb potensial rəqiblərinizlə maraqlanıb, Makedoniya və Polşa təmsilçilərinin görüşünə heç kimi göndərməmisiniz?

- Hələ bu mərhələni adlamamışıq. Eyni zamanda, bu komandalar arasında ilk qarşılaşmanı izləmişəm. Mərhələni adlayaq, sonra rəqibi təhlil edərik.

- Ayltonla bağlı qərar verilibmi?

- Danışıqlarımız davam edir.

- "Neftçi"də hücumçu problemi var. Bu yöndə vəziyyət nə yerdədi?

- Axtarışlarımız davam edir. Ancaq istədiyimiz forvardı hələ tapmamışıq.