“Mərhələni Şotlandiyada uduzmuşduq” - - Rəşad Sadıqov

merheleni-sotlandiyada-uduzmusduq-
Oxunma sayı: 720


“Qafqazinfo” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ" evdə Şotlandiya təmsilçisi "Seltik"lə 0:0 bərabərə qalaraq (ilk matçda 0:1 hesablı məğlubiyyət), turnirdə mübarizəni dayandırıb. Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb və bildirib ki, oyun gərgin mübarizə şəratində keçib.  90 dəqiqə mübarizə aparsalar da, qol vura bilməyiblər. 

- “Qarabağ” sanki hücumda çoxala bilmirdi...

- Rəqib elə komanda idi ki, böyük qüvvə ilə açılmaq olmurdu. Ustalıq səviyyəsi yüksək olan futbolçulardan qurulmuş heyətləri var. Çox sürətli hücuma keçirdilər. Fikrimcə, ilk hissədə yaxşı oynadıq. Fasilədən sonra rəqib də meydançanın vəziyyətini nəzərə alıb, pressinq tətbiq elədi. İkinci hissənin əvvəlində hücumlara çıxmaqda çətinlik çəkirdik. Oyuna da nəzarət edirdik, sadəcə, qol vura bilmirdik. Fikrimcə, biz mərhələni ilk oyunda əldən vermişdik. Rəqib 1-ci matçda bizə çox təzyiq göstərirdi. Lakin 75-ci dəqiqədən sonra geriyə çəkilmişdi. Eyni bu matçdakı ssenari orda da gedirdi. Lakin künc zərbəsindən vurduqları hər şeyi korladı. Burdakı oyuna da rəqib 1:0 irəlidə başlamışdı deyə, bütün oyunu müdafiədən qurdu və istənilən nəticəni əldə etdi. 

- Səndən əvvəl müsahibə verən Qara Qarayev bildirdi ki, rəqib futbolçular meydanda sizi əsasən, təxribata çəkməklə məşğul idi...

- Futbolda belə şeylər olur. Rəqib hesabda irəlidədi, istəyir ki, səni meydanda qıcıqlandırsın.

- Künc zərbəsindən sonra qaçırdığın qol epizodunu unutmusan, yoxsa hələ uzun müddət yadında qalacaq?

- Yox, hələ 2-3 gün yadımdan çıxmaz. Top yerə dəyib qalxırdı. Ona görə zərbəm uğursuz alındı. Dünən məşqdə bunun üzərində çox məşq etmişdik və əksəriyyəti də uğurlu alınmışdı. 

- Qazonun bərbad vəziyyətdə olması oyununuza nə dərəcədə təsir göstərdi?

- Qazon haqqında danışmaq istəmirəm. Bu bəhanə deyil. Fikrimcə, “Seltik” layiqli şəkildə mərhələ adladı. 

- Komanda bu il avrokuboklarda 4 oyunda cəmi 1 qol vura bilib. Bu nə ilə bağlıdı?

- Bunu mən də düşünürəm. Üzərində işləmək lazımdı. İrəlidə daha kəskin hücumlar qurmalıyıq.

Elsevər

“Qafqazinfo”