Almaniya kansleri Angela Merkel Türkiyə baş naziri Binəli Yıldırım ilə Çankaya Köşkündə görüşüb.
“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, tərəflər görüşdə terrorla mübarizədən danışıblar.
B. Yıldırım görüşdən sonra Merkellə birlikdə keçirdiyi birgə mətbuat konfransında “Terror sadəcə Almaniyanın, Türkiyənin məsələsi deyil, dünyanın bəlasıdır. İŞİD başda olmaqla bütün terror təşkilatlarını bölgədən təmizləmək hamımızın ortaq məsuliyyətidir” deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər