Merkel əlində Martin Şultsun kəsilmiş başı ilə - Foto

merkel-elinde-martin-sultsun-kesilmis-basi-ile
Oxunma sayı: 1827

Məşhur fransız satirik jurnalı “Charlie Hebdo”nun alman versiyasının yeni nömrəsinin üz qabığında Almaniya kansleri Angela Merkel əlində növbəti bundestaq seçkilərində rəqibi olacaq Avropa Parlamentinin eks-sədri Martin Şultsun kəsilmiş başı ilə təsvir olunub.

“Qafqazinfo”nun “Bild” nəşrinə istinadən verdiyi xəbərə görə, onun yanında “Der Spiegel” jurnalının miniatürü yerləşdirilib ki, orda da ABŞ prezidenti Donald Tramp əlində Azadlıq heykəlinin başını tutub.