Merkel Ərdoğana güzəştə getməyə hazırdır

merkel-erdogana-guzeste-getmeye-hazirdir
Oxunma sayı: 1462

Almaniya kansleri Angela Merkel Türkiyəyə vizasız rejimin tətbiqi məsələsində güzəştə getməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb. Belə ki, Türkiyə prezidenti Ərdoğanın Avropa İttifaqının bütün şərtlərinə əməl etməkdən imtina etməsinə baxmayaraq, bu ölkəyə vizasız səyahət imkanı təqdim ediləcək.

Məlumatda qeyd edilir ki, Almaniya antiterror qanunvericilikdə dəyişiklik edilməsi ilə bağlı tələbdə güzəştə getməyə hazırdır.