Merkel koronavirusa görə üçüncü testi verdi

merkel-koronavirusa-gore-ucuncu-testi-verdi
Oxunma sayı: 1807

Almaniya kansleri Angela Merkel koronavirusa görə üçüncü dəfə test verib. 

"Qafqazinfo"nun xarici mediaya istinadən məlumatına görə, bu dəfə də testlərin nəticələri neqativ çıxıb. 

"Kansler özünü rahat hiss edə bilər. Üçüncü test də koronavirusu təsdiqləmədi", - deyə Almaniya hökumətinin rəsmi nümayəndəsi bildirib. 

Qeyd edək ki, Angela Merkel martın 22-dən ev karantinindədir. O, koronavirusa yoluxmuş həkim tərəfindən peyvənd olunduğu üçün izolyasiya edilmişdi.