Almaniya kansleri Angela Merkel 2021-ci ilədək Almaniyanın hökumət rəhbəri postunda qalacağını bəyan edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə o, Lüksemburqun baş naziri Ksavye Bettellə birgə mətbuat konfransı zamanı deyib:
“Mən öz planlarımı açıqladım. 2021-ci ilədək kansler olmağa hazır olduğumu bildirdim”.
Xatırladaq ki, ötən il Merkel Xristian-Demokrat İttifaqının sədri vəzifəsinə namizədliyini irəli sürməkdən imtina etmişdi. O, səlahiyyətləri bitənədək kansler kimi fəaliyyətinə davam edəcəyini bildirmişdi. Onun yerinə XDİ-yə Anneqret Kramp-Karrenbauer sədr seçilib.
Son xəbərlər
Son Xəbərlər