Merkel Obama ilə Ukraynanı müzakirə etməyə gedir

merkel-obama-ile-ukraynani-muzakire-etmeye-gedir
Oxunma sayı: 820


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama ilə Vaşinqtonda baş tutacaq görüşdə Merkelin yenidən Almaniyanın Ukrayna döyüşçülərinin silahlandırılması ilə bağlı ABŞ-da səsləndirilən çağırışlara narazılığını ifadə edəcəyi gözlənilir. 

Xatırladaq ki, fevralın 8-i başa çatan Münhendə keçirilən təhlükəsizliklə bağlı konfransda kansler Ukraynanın şərqindəki münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirmişdi. 

Qeyd edək ki, fevralın 11-i Minskdə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin görüşü nəzərdə tutulub.