Merkel Putinlə Zelenskini danışıqlara çağırdı

merkel-putinle-zelenskini-danisiqlara-cagirdi
Oxunma sayı: 880

Almaniya kansleri Angela Merkel Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıqların aparılmasını dəstəkləyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “CNN” telekanalının jurnalistləri məlumat verib.

“İstəyirəm ki, Ukrayna və Rusiya prezidentləri arasında danışıqlar baş tutsun. Düşünürəm ki, biz bununla bağlı yaxın bir neçə ayda irəliləyiş əldə etməliyik”, - deyə “CNN” telekanalının jurnalistləri Merkelin sözlərini sitat gətirib.

Kansler bəyan edib ki, Ukraynadakı vəziyyət həllini tələb edən “böyük problemdir”.