Merkel Qırğızıstana gedir - İlk dəfə

merkel-qirgizistana-gedir
Oxunma sayı: 920

Almaniya kansleri Angela Merkel iyulun 13-14-də Qırğızıstana gedəcək. Bu, Almaniya liderinin Orta Asiya ölkəsinə ilk səfəridir.

Qafqazinfo” azadlig.org-a istinadən xəbər verir ki, Merkel Qırğızıstan prezidenti Almazbek Atambayevlə, parlament üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.

Kanslerlə Atambayev ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, martda Almaniyanın xarici işlər naziri Frank-Walter Steynmayer Qırğızıstanda və Orta Asiyanın digər ölkələrində olub. O, terrorçuluqla mübarizə, regional əməkdaşlıq və iqtisadi əlaqələri diqqətdə saxlayıb.