Merkel Trampla görüşəcək

merkel-trampla-gorusecek
Oxunma sayı: 719

Almaniya kansleri Angela Merkel cümə günü ilk dəfə ABŞ prezidenti Donald Trampla görüşəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, görüş Vaşinqtonda keçiriləcək.

Tərəflərin görüş zamanı NATO-nun gələcəyi, Rusiya ilə münasibətlər, Ukrayna böhranı və iqtisadi məsələləri müzakirə edəcəyi güman edilir.

Xatırladaq ki, ikitərəfli görüş bazar ertəsinə planlaşdırılmışdı. Ancaq pis hava şəraiti səbəbindən təyyarənin Berlindən havaya qalxmasında bir neçə dəqiqə öncə uçuş təxirə salınmışdı.